• Bakı 23° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Yaponiyanın İrandakı diplomatı, rusiyalı və qazaxıstanlı tələbələr Azərbaycan vasitəsilə təxliyə olunublar

SİYASƏT

26 Iyun 2025 | 13:30

Yaponiyanın İrandakı diplomatı, rusiyalı və qazaxıstanlı tələbələr Azərbaycan vasitəsilə təxliyə olunublar

Rusiyalı tələbələr İrandan təxliyə olunur.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, ötən gecədən bəri "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 40-dan artıq xarici ölkə vətəndaşı təxliyə olunub.

İran-İsrail münaqişəsi səbəbindən Azərbaycan tərəfinin açdığı humanitar dəhlizdən keçməklə ölkələrinə qayıdan əcnəbilər arasında Yaponiyanın İrandakı diplomatı da olmaqla, Bəhreyn, Avstraliya, Hollandiya, Böyük Britaniya, İtaliya vətəndaşları olub.

Onlar rahat şəraitdə keçidin təmin oluması və səmimi qarşılanma üçün ölkəmizə minnətdarlıq ediblər. Bu dəqiqələrdə rusiyalı və qazaxıstanlı tələbələr sərhəd buraxılış məntəqəsini keçir.

Təxliyə davam edir.


SON XƏBƏRLƏR