• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Paşinyan Ter-Petrosyanı da hədələdi

DÜNYA

26 Iyun 2025 | 11:00

Paşinyan Ter-Petrosyanı da hədələdi

"Mən bayaq xəbər tutdum ki, dövləti məhv edən vəba Levon Ter-Petrosyan kilsəni məhv edən vəba Ktriç Nersisyanla (II Qaregin-red.) dünən görüşüb. İndi araşdıracağam görüm, onlar nə boş-boş danışıbar".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yazıb.

Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.

Ermənistan KİV-nin məlumatına görə, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub.

Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.


SON XƏBƏRLƏR

25 Iyun 2025