• Bakı 22° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

"Lokomotiv" borclarını ödəyərək FIFA-ya müraciət etdi

İDMAN

26 Iyun 2025 | 15:04

Lokomotiv borclarını ödəyərək FIFA-ya müraciət etdi

Rusiyanın “Lokomotiv” klubu Ukrayna təmsilçisi “Mariupol”a borcunu bağladığı üçün FIFA-ya müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubunun baş direktoru Vladimir Leonçenko məlumat verib.

O bildirib ki, müraciətdə futbolçu qeydiyyatına qoyulmuş qadağanın aradan qaldırılması istənilib: “Pulu köçürdüyümüz barədə məlumat verdik. FIFA-nın göstərdiyi kimi, alman vasitəçilərə bunu bildirdik”.

Xatırladaq ki,FIFA “Lokomotiv”ə üç transfer dönəmi ərzində yeni futbolçuları qeydiyyatdan keçirməyi qadağan etmişdi. Qadağa rusiyalı müdafiəçi Mark Mampassinin transferinə görə “Mariupol” klubuna ödənilməli olan kompensasiya borcu ilə bağlı idi. 22 yaşlı futbolçu hazırda icarə əsasında Belçikanın “Kortreyk” klubunda çıxış edir.


SON XƏBƏRLƏR