• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Xankəndidə hərbçilərin yürüşü keçirilib  - YENİLƏNİB

SİYASƏT

26 Iyun 2025 | 11:23

Xankəndidə hərbçilərin yürüşü keçirilib  - YENİLƏNİB

Xankəndi şəhərində 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.

Bakıvaxtı.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qürurlu anlarla yadda qalan yürüşün önündə Azərbaycan əsgəri addımlayıb.

    Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib. Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerli sakinlərə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyük maraqla dinlənilib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatdı.

    Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.

    Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.

    ***

    10:30

    26 İyun - Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü Xankəndi şəhərində qeyd edilir.

    Bakıvaxtı.az xəbər verir ki, Silahlı Qüvvələr günü münasibətilə Xankəndi Zəfər meydanından başlayan yürüş, şəhərin giriş qapısına qədər davam edəcək. Azərbaycan Ordusunun hərbi yürüşü qürurverici mənzərə yaradıb.

    Yürüş, hərbi orksetrin müşayiətilə davam etdirilir.

    Silahlı Qüvvələr günü Xankəndi şəhərində keçirilən tədbiri burada yaşayan sakinlər maraqla izləyirlər.

    Tədbiri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və idarəetmə xidmətinin, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları izləyirlər.


    SON XƏBƏRLƏR

    25 Iyun 2025