• Bakı 24° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

BDU-da “Məzun Günü” qeyd olundu

CƏMİYYƏT

25 Iyun 2025 | 23:55

BDU-da “Məzun Günü” qeyd olundu

Bakı Dövlət Universitetində (BDU) 2024/2025-ci tədris ili məzunları üçün möhtəşəm “Məzun Günü” tədbiri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu il universiteti 6000-dən çox tələbə bitirir.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Rektor bildirib ki, BDU indiyə qədər 200 mindən artıq mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış müğənnisi Miri Yusif və populyar ifaçı Orxan Zeynallı səhnəyə çıxaraq məzunlara unudulmaz anlar yaşadıblar.

Məzunlar adından çıxış edənlər BDU-da keçirdikləri illəri böyük sevgi və qürurla xatırladıqlarını, müəllimlərinə təşəkkür borclu olduqlarını bildiriblər.

Tədbirin sonunda ənənəvi olaraq məzunlar papaqlarını havaya ataraq BDU ilə vidalaşıblar.

Xatirə şəkilləri çəkdirilib, tədbir bayram əhval-ruhiyyəsi ilə başa çatıb.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

25 Iyun 2025