• Bakı 24° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Lukaku: "De Brüyne "Napoli"yə çatışmayan bir parça idi"

İDMAN

26 Iyun 2025 | 00:41

Lukaku: De Brüyne Napoliyə çatışmayan bir parça idi

"Napoli"nin futbolçusu Romelu Lukaku həmyerlisi Kevin De Brüynenin Neapol klubuna keçidini şərh edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" məlumat yayıb. Belçikalı hücumçu deyib:

"Kevinin bizə qoşulmasına çox sevinirəm. O, "Napoli"nin növbəti addımı atması üçün çatışmayan hissə idi. Çempion olmuşuq və indi yalnız titulu qorumaq yox, daha da çox inkişaf etmək istəyirik.

Onunla milli komandada bir neçə dəfə bu mövzu barədə danışmışdıq. O, mənə bir dəfə də zəng etmişdi. Buradakı vəziyyəti, haradan ev tapa biləcəyini izah etdim. Mən və Dris Mertens onu düzgün addımı atmağa inandırmaq üçün əlimizdən gələni etdik.

"Napoli"nin futbolçusu çox sevgi görür. Kevinin də bunu hiss edəcəyinə sevinirəm. İtaliyada futbol oynamaq başqa bir şeydir. Burada başqa yerdə görməyəcəyin bir ehtiras var. Amma bunun digər tərəfi də var… Mən elə klublarda oynamışam ki, nəticələr pis olanda azarkeşlər məşqə gəlirdilər. Bu xoş deyil, amma sənə hər gün maksimumunu verməli olduğunu xatırladır".

Qeyd edək ki, De Bruyne başa çatan mövsümdə “Mançester Siti” ilə 40 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. /Qol.az


SON XƏBƏRLƏR

25 Iyun 2025