• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Yarış zamanı yıxılaraq komaya düşdü

İDMAN

25 Iyul 2025 | 13:13

Yarış zamanı yıxılaraq komaya düşdü

23 yaşlı italiyalı gimnast Lorentso Boniçelli Almaniyada təşkil olunan Universiada zamanı yıxılaraq komaya düşüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı komanda yarışında halqalarda hərəkətlərin icrası zamanı uğursuz eniş edib və boynundan zədələnib.

Təcili xəstəxanaya yerləşdirilən gimnast əməliyyat olunub. İtaliya yığması hadisədən sonra turniri tərk edib.

Beynəlxalq Gimnastika Federasiyasının texniki koordinatoru Stiv Butçer idmançının vəziyyətinin ən azı qarşıdakı 10 gün ərzində qeyri-müəyyən qalacağını bildirib.

Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.


SON XƏBƏRLƏR

25 Iyul 2025