Səudiyyə Ərəbistanı Superkubokunun final oyunu baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, həlledici matçda "Əl-Nəsr"lə “Əl-Əhli" komandaları üz-üzə gəlib.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 41-ci dəqiqədə "Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 45+6-сı dəqiqədə isə Mattias Yasslenin rəhbərlik etdiyi kollektiv Frank Kessinin qolu sayəsində hesabı bərabərləşdirə biliblər.
82-ci dəqiqədə Marselo Brozoviç “Əl-Nəsr”i yenidən irəli çıxarıb. Lakin 7 dəqiqə sonra Rocer İbanez hesabda tarazlıq yaradaraq oyunu penaltilər seriyasına daşıyıb.
Penaltilər seriyasında "Əl-Əhli"nin futbolçuları daha dəqiq olublar - 5:4.