• Bakı 25° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Çempionlar Liqası: "Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb

İDMAN

23 Avqust 2025 | 17:06

Çempionlar Liqası: Qarabağ - Ferentsvaroş oyununa 30 minə yaxın bilet satılıb

 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, bildirib ki, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.


SON XƏBƏRLƏR