Ukrayna Prezidenti Volodimir Zelenski ilə Niderlandın Baş nazirinin səlahiyyətlərini icra edən Dik Shoof arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X-də yazıb.
O vurğulayıb ki, Rusiya sülh üçün heç bir niyyət nümayiş etdirmir, ona görə də onun mövqeyini dəyişmək üçün təzyiq və bütün məsələlərin müzakirəsi üçün ən yüksək səviyyədə görüş lazımdır. Shoof ilə söhbətində Zelenski Ukrayna üçün potensial təhlükəsizlik təminatlarını da müzakirə edib.
“Hazırda Ukrayna, ABŞ və avropalı tərəfdaşların komandası bu mexanizmin arxitekturası üzərində işləyirlər. Hər şey yaxın günlərdə hazır olacaq. Biz Niderlandın bu prosesdə iştirakını necə artıra biləcəyi və təhlükəsizliyin təmin olunmasına necə kömək edə biləcəyi barədə danışdıq”, - o deyib.
Zelenskinin sözlərinə görə, o, Niderland hökumətinin başçısı ilə Ukraynanın müdafiə istehsalına investisiyalar və birgə layihələr barədə danışıb və vacib razılaşmalar və yaxın gələcəkdə baş tutacaq görüş barədə məlumat verib.