Rumıniya təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin baş naziri İlie Bolojan "Antena 1" telekanalının efirində deyib.
Rumıniyanın baş naziri bəyan edib ki, ölkə müzakirə olunan təhlükəsizlik tədbirləri çərçivəsində Ukraynaya qoşun yeritmək niyyətində deyil.
"Bütün bu aylar ərzində, bildiyiniz kimi, Ukraynada davamlı sülhə nail olmaq üçün təhlükəsizlik təminatlarının verilməsi məsələsi qaldırılanda Rumıniya mümkün qədər aydın şəkildə bəyan etdi: biz qoşun göndərməyəcəyik, Ukrayna ərazisində Rumıniya qoşunlarının mümkün olması ilə bağlı heç bir öhdəlik götürməyəcəyik", - Bolojan deyib.