• Bakı 28° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Ukraynalı futbolçu "Real"ın diqqət mərkəzində

İDMAN

23 Avqust 2025 | 12:16

Ukraynalı futbolçu Realın diqqət mərkəzində

Ukraynalı futbolçu Artem Stepanov İspaniya təmsilçisi "Real"ın (Madrid) diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az "Defensa Central"a istinadən xəbər verir ki, müqavilə əsasında Almaniyanın "Bayer 04" klubuna məxsus olan 18 yaşlı futbolçu icarə əsasında "Nürnberq"də çıxış edir.

"Kral klubu"nun skautinq şöbəsinin rəhbəri Juni Calafat gənc oyunçunu "Mançester Siti"nin (İngiltərə) norveçli hücumçusu Erlinq Holanna bənzədir.

Stepanov cari mövsüm II Bundesliqada özünü yaxşı tərəfdən göstərə bilsə, paytaxt təmsilçisi gələn yay onu sıralarına qatmağı düşünür.


SON XƏBƏRLƏR

22 Avqust 2025