Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunun "Mançester Siti" ilə matçın son dəqiqələrində məğlubiyyətdən xilas olub.
Bakıvaxtı.az-ın məlumatına görə, Londondakı "Emirates" stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.
Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açaraq, "Mançester Siti" önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.
"Mançester Siti" bu oyundan sonra 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.
"Şəhərlilər" növbəti turda sentyabrın 27-də doğma meydanda "Byornli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq.