• Bakı 24° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

HADİSƏ

23 Avqust 2025 | 19:20

Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

 Avqustun 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR