• Bakı 25° C

    3.32 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Ağdərədə bu məktəbin bütün məzunları tələbə adını qazanıb

CƏMİYYƏT

23 Avqust 2025 | 14:13

Ağdərədə bu məktəbin bütün məzunları tələbə adını qazanıb

İşğaldan azad olunmuş Ağdərə rayonunun Talış kənd tam orta məktəbinin məzunları ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ən yüksək nəticəni Nigar Məmmədli göstərib. O, 609 balla Bakı Dövlət Universitetinə qəbul olub.

Digər məzunlardan Lalə Alışova Memarlıq və İnşaat Universitetində, Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Talış kənd tam orta məktəbini bu il ümumilikdə 4 nəfər bitirib və onların hər biri tələbə adını qazanmaqla məktəbin tarixində mühüm nailiyyətə imza atıblar.


SON XƏBƏRLƏR