• Bakı 25° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Aleksandr Stubb: Rusiya ilə münasibətlər müharibədən sonra bərpa olunacaq

DÜNYA

23 Avqust 2025 | 16:34

Aleksandr Stubb: Rusiya ilə münasibətlər müharibədən sonra bərpa olunacaq

Finlandiya Rusiya ilə münasibətləri bərpa etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb YLE-yə müsahibəsində bildirib.

Stubb qeyd edib ki, Finlandiya ilə Rusiya arasında münasibətlər Ukraynadakı münaqişə bitdikdən sonra yenidən qurulacaq.

"Həmişə vurğuladığım kimi coğrafiyamızla bağlı heç nə edə bilmərik. Bizim Rusiya ilə tariximiz var və bizim Rusiya ilə gələcəyimiz olacaq. Amma indi əlbəttə ki, münasibətlər çox çətindir. Əslində müharibə səbəbindən heç bir şey yoxdur. Amma nə vaxtsa müharibə bitəndə mütləq yeni münasibətlər qurulacaq", - Stubb deyib.

Rusiya ilə Finlandiya arasında münasibətlər son bir neçə ildə xüsusilə Finlandiyanın 2023-cü ildə NATO-ya daxil olması fonunda pisləşib. Dövlətlər arasında ikitərəfli əməkdaşlıq faktiki olaraq sıfıra endirilib.


SON XƏBƏRLƏR