• Bakı 27° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Mourinyo "Fənərbağça"dan ayrıla bilər

İDMAN

23 Avqust 2025 | 13:39

Mourinyo Fənərbağçadan ayrıla bilər

Türkiyənin "Fənərbağça' klubunun baş məşqçisi Joze Mourinyo komandanı tərk edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sky Sport" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis İngiltərə Premyer Liqası təmsilçisi "Nottingem Forest"in sükanı arxasına keçə bilər.

"Meşəbəyilər"in hazırkı baş məşqçisi Nunu Eşpiritu Santu rəhbərliklə aralarında yaranan anlaşılmazlığa görə postunu tərk etmək riski ilə üzləşib.

Nottingem təmsilçisi, Santunun istefaya göndəriləcəyi təqdirdə, komandanı Mourinyoya tapşırmaq niyyətindədir.

Qeyd edək ki, Joze Mourinyo əvvəllər İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klublarını çalışdırıb.


SON XƏBƏRLƏR

22 Avqust 2025