• Bakı 11° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Göygöldə avtoqəza: bir ailənin 3 üzvü xəsarət aldı - YENİLƏNİB

HADİSƏ

23 Avqust 2025 | 23:24 | Müəllif: Gülşən Şərif

Göygöldə avtoqəza: bir ailənin 3 üzvü xəsarət aldı - YENİLƏNİB

Göygöldə iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

"VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Ə.Ələkbərov və onun övladları T.Ələkbərovla K.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

20:31

Göygöl rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

"VAZ-2107" markalı maşınla "KİA" markalı avtomobil toqquşub. İlkun məlumata görə, hadisədə xəsarət alan var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR