Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər.
Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.