• Bakı 29° C

    4.42 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Bakıda daha bir marşrutda istismar olunan avtobuslar yenilənir

CƏMİYYƏT

23 Avqust 2025 | 10:58

Bakıda daha bir marşrutda istismar olunan avtobuslar yenilənir

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Bu barədə Bakıvaxtı.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

“Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək”, - məlumatda deyilir.


SON XƏBƏRLƏR

22 Avqust 2025