• Bakı 27° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Ronaldo vurduğu qolla dünya futbol tarixinə düşdü

İDMAN

23 Avqust 2025 | 23:01

Ronaldo vurduğu qolla dünya futbol tarixinə düşdü

Səudiyyə Ərəbistanı Super Kubokunda Al Nassr və Al Ahli qarşı-qarşıya gəlib. 

Bakıvaxtı.az xəbər verir ki, komandasının ilk qolunu vuran Cristiano Ronaldo, 4 fərqli klubla 100 qola çatan futbol tarixinə düşən ilk oyunçu olub. Normal vaxtı 2-2 başa çatan oyunda kuboku penaltilərdə Al Ahli qazanıb.

Al Nassrın qollarını 41-ci dəqiqədə Cristiano Ronaldo və 83-cü dəqiqədə Marcelo Brozoviç vurub. Al Ahli-nin qolları isə 45+6-cı dəqiqədə Franck Kessie və 89-cu dəqiqədə Roger Ibanez-dən gəlib.

90 dəqiqəlik oyun 2-2 başa çatdıqdan sonra birbaşa penaltilərə keçilib. Penaltilərdə Al Ahli, Al Nassr-ı 5-3 hesabı ilə məğlub edərək kuboka sahib olub.

Al Ahli-də millimizin futbolçusu Merih Demiral oyuna əsas heyətdə başlayıb və 51-ci dəqiqədə sarı vərəqə alıb.

Cristiano Ronaldo, vurduğu qolla 4 fərqli komandada 100 qol həddini aşan futbol tarixinə düşən ilk oyunçu olub. Portuqaliyalı ulduz bunu Real Madrid, Manchester United, Juventus və Al Nassr formalarında bacarıb.


SON XƏBƏRLƏR

23 Avqust 2025