Türkiyə təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyi düşünür.
Bakıvaxtı.az xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal telemarafon efirində verdiyi açıqlamada belə deyib.
O bildirib: "Dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox gözəl söhbətimiz oldu. Türkiyə də yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır".
Türkiyə tərəfi dənizdə minalardan təmizləmə ilə yanaşı, mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. N.Cəlal onu da xatırladıb ki, Türkiyə təhlükəsizlik təminatının bir hissəsi olaraq Ukraynaya qoşun göndərməyə artıq potensial olaraq hazır olan 10 ölkədən biridir.