• Bakı 22° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar

İDMAN

23 Avqust 2025 | 22:24

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 medal qazanıblar

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.

Bakıvaxtı.az xəbər verir ki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərgin mübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yussuf Aşrapova “tuş”la uduzub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb. Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.


SON XƏBƏRLƏR

23 Avqust 2025