• Bakı 22° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub

İDMAN

23 Avqust 2025 | 21:47

Premyer Liqa: “Kəpəz” “Karvan-Yevlax”a uduzub

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün yeganə matçında “Kəpəz” “Karvan-Yevlax”la üz-üzə gəlib.

Qarşılaşma Yevlax təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Qalibiyyət qollarını 38-ci dəqiqədə penaltidən Coy Sleyd Mikels, 52-ci dəqiqədə Tompson Qavi, 89-cu dəqiqədə Kayl Spens vurub. 77-ci dəqiqədə Məqsəd İsayev, 90+6-cı dəqiqədə isə Vitor Feyjao Gəncə klubunun təsəlli qoluna imza atıblar.

Qeyd edək ki, turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. Digər qarşılaşmalar avqustun 24 və 25-də keçiriləcək.


SON XƏBƏRLƏR

23 Avqust 2025