• Bakı 25° C

    7.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Sabirabadda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - YENİLƏNİB

HADİSƏ

26 Iyun 2025 | 09:03

Sabirabadda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü - YENİLƏNİB

Sabirabadda baş vermiş qəzanın təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Teymur İlham oğlunun idarə etdiyi "MAN" markalı yük avtomobili ilə, Sabirabad rayonunun Nizami kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil toqquşub.

    Nəticədə "QAZ-24"-ün sürücüsü, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və sərnişinləri, Sabirabad rayon Nizami kənd sakinləri, 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu hadisə yerində ölüblər.

    ***

    08:40

    Sabirabad rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bakıvaxti.az xəbər verir ki,  hərəkətdə olan yük maşını “QAZ-2104” markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində Sabirabad rayonunun Nizami kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Hümbətov Fərid Amil oğlu, 2001-ci il təvəllüdlü Məmmədli Cəmil Vüqar oğlu və 2010-cu il təvəllüdlü Məmmədli Nihad Mahir oğlu ölüblər.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    25 Iyun 2025