• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

İlknur yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir

HADİSƏ

25 Iyul 2025 | 12:38

İlknur yenə cəzalandırıldı - Bu qədər pul ödəməlidir

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə məhkum edilmiş bacısı İlknur Turkut növbəti dəfə cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlknur Turkut dələduzluqla pullarını və qızıllarını ələ keirdiyi Nurənə Məmmədova tərəfindən məhkəməyə verilib.

Nurənə Məmmədova cavabdehdən maddi ziyana görə 35 min 700 manat, mənəvi ziyana görə isə 5 min min manat tələb edib. Hazırda həbsdə olan İlknur isə məhkəmədə iştirakdan imtina edib. İddiaya münasibət bildirməyib.

Məhkəmə zərərçəkmişin təqdim etdiyi sənədləri araşdırdıqdan sonra qərarını açıqlayıb.

İddia tələbi yalnız maddi hissədə təmin edilib. İlknur Turkutdan zərərçəkmişin xeyrinə 35 min 700 manat tutulmasına qərar verilib. İ.Turkut qərarı icra etməsə, zərərçəkmiş tərəf onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət edə bilər.

Qeyd edək ki, İlknur və bacısı Aytac Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinib. Aytaca 7, İlknura 6 il həbs cəzası verilib.


SON XƏBƏRLƏR

25 Iyul 2025