• Bakı 22° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İzmirdə meşə yanğını hələ də davam edir

DÜNYA

26 Iyun 2025 | 15:38

İzmirdə meşə yanğını hələ də davam edir

İyunun 25-də Aliağa rayonundan başlayan və Foçaya qədər yayılan meşə yanğını hələ də nəzarət altına alınmayıb.

Bakıvaxtı.az xəbər verir ki, İzmir valisi Süleyman Elban yanğın başlanandan 23 dəqiqə sonra ilk hava müdaxiləsinin olduğunu bildirib. Yüksək temperatur, aşağı rütubət və güclü külək yanğının sürətlə yayılmasına səbəb olur.

Yanğını söndürmək üçün 8 təyyarə, 16 helikopter, 71 yanğınsöndürən maşın və 625 nəfər işçi cəlb olunub. Təhlükəsizlik məqsədilə bir hissə sakinlər təxliyə edilib. Dörd yanğınsöndürən tüstüdən zəhərlənib, ikisi xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR