• Bakı 24° C

    7.8 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş

ŞOU

25 Iyun 2025 | 22:58

Şəbnəm Tovuzlunu dollar yağışına tutan ailə narkotacir imiş

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulması ilə bağlı görüntülər yayılıb.

Həmin video sosial mediada yüz minlərlə baxış toplamışdı.

Bakıvaxtı.az gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan həmin ailə, Ofeliya xanım və "Luka" ləqəbli oğlu narkotik alverçisi imiş.

Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.

Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.

Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.


SON XƏBƏRLƏR

25 Iyun 2025