Türkiyəli müğənni Yıldız Tilbe ötən gün konsertində açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, ifaçı təzyiqdən əziyyət çəkdiyini bu səbəbdən həkimin ona mikrofonu belə əlində tutmağa icazə vermədiyini vurğulayıb:
"Təzyiqim var. Həmişə yarı huşsuz gəzmişəm. Əslində əvvəllər təzyiqim aşağı olub, sonra nədənsə artdı. Həkim bəzi tövsiyələr verdi. Mikrofonu əlimdə tutmamağı tapşırdı. 59 yaşım var. Artıq əzələlərim zamanla kiçilir, buna görə idman hərəkətləri etməliyəm. Amma Allaha şükür olsun ki, xoşbəxtəm. Mikrofon tuta bilmirəm, qolum pis olur. Təzyiqin olması necə çətin imiş.
Bundan əziyyət çəkənlərə sağlamlıq arzulayıram. Artıq mikrofon tutmayacağam. Həm də əllərimi və ayaqlarımı hərəkət etdirməliyəm. Mikrofon tutduğum üçün sol əlimə nəsə olub, amma dərinə getməyim".