Ermənistanda terror aktına hazırlıq və dövlət çevrilişi cəhdi ittihamları ilə bağlı 15 nəfər həbs olunub.
Bakıvaxtı.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl göstərilən faktlarla əlaqədar 16 nəfərin saxlanıldığı açıqlanmışdı.