• Bakı 27° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İranın ali lideri ABŞ-ni hədələyib

DÜNYA

26 Iyun 2025 | 16:16 | Müəllif: Gülşən Şərif

İranın ali lideri ABŞ-ni hədələyib

İran ABŞ tərəfindən yeni hücumlar olacağı təqdirdə onun hərbi bazalarına zərbələrin təkrarlanacağını istisna etmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ali lideri ayətullah Əli Xamenei bildirib.

O qeyd edib ki, İranın regionda ABŞ-nin mühüm mərkəzlərinə çıxışı var və zərbələrlə bağlı insidentlərin təkrarlanacağı halda onlara qarşı müvafiq tədbirlər görə bilər.

Ə.Xamenei İranın ABŞ-nin regiondakı mühüm hərbi bazalarından birinə - Əl-Üdeydə (Qətər) əhəmiyyətli ziyan vurduğunu söyləyib.

Onun sözlərinə görə, amerikalılar bu bazaya dəyən ziyanın miqyasını azaldırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026