• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı

ŞOU

26 Iyun 2025 | 16:12 | Müəllif: Gülşən Şərif

Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı

Yeni Zelandiyadan olan məşhur müğənni Lord Nyu-Yorkun Vaşinqton Skver Parkında yeni "What Was That" mahnısının klip çəkilişləri zamanı polislər tərəfindən saxlanılıb. 

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə çəkiliş yerini əvvəlcədən elan etməsi və nəticədə parkda böyük bir fanat kütləsinin toplanması olub. Bu, hüquq-mühafizə orqanlarının icazəsiz kütləvi tədbir təşkil olunması və potensial iğtişaş təhlükəsi kimi qiymətləndirilib. 

Lorde sosial şəbəkə hesabında paylaşdığı "Bu axşam 7-də parkda görüşək" mesajı ilə fanatlarını parka dəvət edib. Qısa müddət ərzində parkda böyük bir izdiham toplanıb. Lakin, müğənni hələ gəlməmişdən əvvəl, Nyu-York polisi və park mühafizəçiləri tədbiri dayandırıb və toplaşanları dağıdıb. Polis nümayəndəsi bildirib ki, tədbir üçün səs və park icazəsi tələb olunur və Lord bu icazələrə malik deyil. Onlar ifaçını saxlayıblar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026