İranın ölkəni yenidən formalaşdırmaq üçün neft puluna ehtiyacı olacaq və Çinin onun neftini alması ilə bağlı heç bir problemi yoxdur.
Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezident Donald Tramp deyib.
"Bax, onların sadəcə müharibəsi var idi. Müharibə etdilər. Onlar cəsarətli müharibə apardılar. Onlar neft biznesindədirlər. Mən istəsəm dayandıra bilərdim - nefti özüm Çinə sataram, amma bunu etmək istəmirəm. Ölkəni formaya qaytarmaq üçün onlara pul lazım olacaq. Biz bunun baş verməsini istəyirik.
Neft satacaqlarsa, neft satacaqlar. Biz nefti ələ keçirməyə hazırlaşmayacağıq”, - deyə Tramp bildirib.