• Bakı 24° C

    7.8 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Ronaldo yeni müqavilə imzalayır

İDMAN

25 Iyun 2025 | 22:48

Ronaldo yeni müqavilə imzalayır

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalayır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Hazırda danışıqların son mərhələləri gedir. 40 yaşlı hücumçu bir və ya iki illik sözləşmə imzalayacaq. Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya millisinin oyunçusunu razı sala bilsə, onu 2027-ci ilin yayına qədər komandada saxlamaq niyyətindədir. 

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi bu ayın sonuna qədərdir. O, başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib. 


SON XƏBƏRLƏR

25 Iyun 2025