• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Ukraynalı futbolçuların hərəkəti gündəm oldu

İDMAN

25 Iyul 2025 | 09:27

Ukraynalı futbolçuların hərəkəti gündəm oldu

Ukraynanın “Aleksandriya” komandasının futbolçuları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi Serbiyanın “Partizan” klubunun futbolçularının əlini sıxmaqdan imtina ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sportklub” portalı məlumat yayıb.

Ukrayna təmsilçisinin oyunçuları rəqibin əlini sıxmaq əvəzinə yumruq göstəriblər.

“Biz “Partizan” futbol klubunu Rusiyadakı turnirdə iştirak etdiyinə görə heç cür dəstəkləmirik və bunu klubumuza qarşı düşmənçiliyin təzahürü hesab edirik. Bu, klubun və Ukrayna xalqının mövqeyidir. Xahiş edirəm, bununla bağlı heç bir sual verməyin”, - deyə “Aleksandriya”nın baş məşqçisi Kirilo Nesterenko bildirib.

Qeyd edək ki, “Partizan” matçda 2:0 hesabı ilə qalib gəlib.

Cavab oyunu iyulun 31-də Belqradda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026