• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Türkiyə Azərbaycanın xəbəri olmadan heç nə etməyəcək - Şamil Ayrım
 

SİYASƏT

26 Iyun 2025 | 17:03

Türkiyə Azərbaycanın xəbəri olmadan heç nə etməyəcək - Şamil Ayrım 

İyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, o, səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşlə bağlı Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir ki, iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib və Türkiyənin bölgədə sülh naminə həyata keçirilən səylərə hər cür dəstək verməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib. 

Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olun üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım Modern.az-a bildirib ki, Ərdoğanla Paşinyan arasındakı görüş konstruktiv keçib:

“Son dərəcə konstruktiv görüşlərin keçirildiyi bildirilir. Bundan bir gün əvvəl isə cənab Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevlə görüş keçirdi. Bu bölgədə davamlı sülh üçün Türkiyə-Azərbaycan-Ermənistan arasında danışıqlar aparılmalıdır. Türkiyə Azərbaycanın xəbəri olmadan nəsə etməyəcək. Bunun üçün də hamımız rahat olmalıyıq. Təbii ki, bütün tərəflər şərtlər uyğun olduğu halda sülh sazişinin tez bir zamanda imzalanmasını istəyir. Mənfi bir vəziyyət yoxdur”.

Sonda deputat vurğulayıb ki, Ermənistanın sərhədlə bağlı həssaslıqları var:

“Amma bunun üçün zamana ehtiyac var. Önümüzdəki günlər vacib günlərdir. İnşallah, yaxşı şeylər olacaq”.


SON XƏBƏRLƏR