• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Pentaqon Meksika ilə sərhəddə 2 bufer zonası yaradır

DÜNYA

26 Iyun 2025 | 17:37

Pentaqon Meksika ilə sərhəddə 2 bufer zonası yaradır

Pentaqon Meksika ilə sərhəddə daha iki hərbi bufer zonası yaradacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC telekanalı mənbəyə istinadla məlumat yayıb.

“ABŞ Müdafiə Nazirliyi Meksika ilə ABŞ-ın cənub-qərb sərhədində daha iki hərbi bufer zonası yaradır. Bufer zonalarında işləyən hərbi qulluqçular hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin qanun pozucularını ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşlarına təhvil verilənə qədər müvəqqəti olaraq saxlaya bilərlər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bununla da ABŞ-ın Meksika sərhədində bufer zonalarının sayı 4-ə çatdırılacaq.


SON XƏBƏRLƏR