"Bu qələbə üçün çox əziyyət çəkmişdik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Elvin Əlizadə deyib.
O, komandasının minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəlməsini şərh edib: “Oyunun əvvəlində məndə müəyyən qədər gərginlik vardı. Ancaq sonradan özümə gəldim. Şükürlər olsun ki, güclü rəqib üzərində qələbə qazandıq. Fikrimcə, çempionatdakı ən çətin rəqibi mübarizədən kənarlaşdırdıq. Növbəti çətin komanda isə Serbiyadır. Növbəti mərhələdəki rəqibimiz İngiltərə olacaq. İnanırıq ki, onlara da qalib gələrək yarımfinala keçəcəyik”.
Qeyd edək ki, millimiz Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq 1/4 finala yüksəlib.