ABŞ tələbə vizası almaq istəyən şəxslərlə keçirilməsi planlaşdırılan müsahibələri dayandırıb.
Bakıvaxtı.az bu barədə POLİTİCO-ya istinadən xəbər verir.
Bildirilib ki, buna səbəb Dövlət Departamentinin xaricdən ABŞ-yə gəlməyi planlaşdıran tələbələrin sosial media hesablarını araşdırmağa başlaması olub.
Məlumatda qeyd olunub ki, viza üçün müraciət edən tələbələrin sosial media hesablarında dəqiq nələrin araşdırılacağı göstərilməyib.
Əli Hüseynov