İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Müstəqillik Gününüz mübarək, Azərbaycan! Bu önəmli günü sizinlə birlikdə qeyd edirik - ölkənizin yolunu, gücünü və nailiyyətlərini alqışlayırıq. Xalqlarımız arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayırıq”, - paylaşım bildirilib.