• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Müdafiə naziri qəzaya düşdü

DÜNYA

27 May 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

Müdafiə naziri qəzaya düşdü

Çexiyanın müdafiə naziri Yana Çernoxovanın olduğu avtomobil bu gün qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Praqanın mərkəzində iki avtomobil toqquşub.

Hərbi polis maşını işıqları yandırılmış vəziyyətdə hərəkətdə olarkən onu başqa bir mülki avtomobil vurub.

Qeyd olunur ki, Çexiyanın müdafiə naziri tutduğu vəzifəyə görə hərbi maşından və hərbi polisin təmin etdiyi mühafizədən istifadə edir.

Çexiya Müdafiə Nazirliyinin sözçüsü David Şima faktı təsdiqləyib:

"Mən təsdiq edə bilərəm ki, bu gün günorta nazirin avtomobili Praqanın mərkəzində qəzaya düşüb. İştirakçılardan heç biri xəsarət almayıb"./ Teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026