• Bakı 24° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul etdi

DÜNYA

26 Iyun 2025 | 22:20

Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul etdi

Gürcüstan parlamenti “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 83 deputatın dəstəyini qazanıb.

"Dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək. Həmçinin müəyyən edilib ki, Gürcüstan hökuməti milli təhlükəsizlik siyasətinin planlaşdırılması üzrə əlaqələndirici orqan olacaq", - mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.


SON XƏBƏRLƏR

26 Iyun 2025