• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Aİ-nin 2030-cu ilə qədər müdafiə və təhlükəsizlik strategiyası təsdiqlənib

DÜNYA

26 Iyun 2025 | 21:50

Aİ-nin 2030-cu ilə qədər müdafiə və təhlükəsizlik strategiyası təsdiqlənib

Avropa İttifaqı (Aİ) liderləri 2030-cu il hədəfləri çərçivəsində Avropanın müdafiəsini gücləndirmək və bununla bağlı məsuliyyəti öz üzərinə götürmək məqsədini təsdiqləyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçirilən iclasının yekun kommünikesində deyilir.

Sözügedən məsələ Aİ üçün “ekzistensial çağırış” kimi təsvir edilib.

Bildirilib ki, Avropa hərtərəfli yanaşmadan istifadə edərək, mövcud və potensial təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etmək üçün daha yaxşı təchiz olunmalıdır.

Sənəd NATO-nun Haaqa sammitindən sonra qəbul edilən qərarda olduğu kimi, Avropanın müdafiə və təhlükəsizliyinə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılmasını, daha effektiv birgə investisiyaları nəzərdə tutur.

Qeyd edilir ki, Aİ-nin bütün quru, hava və dəniz sərhədlərinin müdafiəsi bütövlükdə Avropanın təhlükəsizliyinə töhfə verir, xüsusən də Avropa Komissiyası və ali nümayəndəyə hərbi mobilliyi gücləndirmək üçün əlavə təkliflər təqdim etmək tapşırılıb.

Qeyd edək ki, oktyabrda keçiriləcək növbəti iclasda qəbul edilmiş qərarlar üzrə işlərin gedişinə baxış keçiriləcək.


SON XƏBƏRLƏR

26 Iyun 2025