• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Medvedyevdən Trampın Putinlə bağlı sözlərinə CAVAB

DÜNYA

27 May 2025 | 23:59

Medvedyevdən Trampın Putinlə bağlı sözlərinə CAVAB

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampın Rusiyaya ünvanladığı təhdidləri cavablandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, Medvedev, Trampın Vladimir Putinin "odla oynadığı" barədə səsləndirdiyi fikirlərə reaksiya olaraq, Rusiya ilə ABŞ arasında baş verə biləcək ən pis hadisənin Üçüncü Dünya Müharibəsi olduğunu vurğulayıb.

Medvedev özünün Telegram kanalında yazıb: "Trampın Putinlə bağlı "odla oynayır" və "həqiqətən pis şeylər" Rusiyada baş verir deməsinə gəlincə... Mən yalnız bir həqiqətən pis şey bilirəm – bu, Üçüncü Dünya Müharibəsidir. Ümid edirəm ki, Tramp bunu başa düşür!"


SON XƏBƏRLƏR

28 May 2025