• Bakı 18° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Düyü idxalına çəkilən xərc azaldılıb

İQTİSADİYYAT

26 Aprel 2025 | 22:45

Düyü idxalına çəkilən xərc azaldılıb

Bu ilin I rübündə Azərbaycana 17 min 558 ton düyü idxal edilib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 min ABŞ dolları (15,6 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.


SON XƏBƏRLƏR

26 Aprel 2025