İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) yeni təyinat olub.
Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, Murad Vaqif oğlu İsmayılov İKZF-nin İpoteka kreditləri departamentinə yeni direktor təyin edilib.
O, bu vəzifədə Rasim Nizami oğlu Abdullayevi əvəzləyib.
Qeyd edək ki, Murad İsmayılov bundan əvvəl sözügedən departamentin direktor müvini olub.