• Bakı 17° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlanıb

İQTİSADİYYAT

26 Aprel 2025 | 11:21

Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlanıb

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a qurumun sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın ən tanınmış küçələrində yerləşən yeni və köhnə yaşayış binalarındakı mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanılaraq rayon üzrə orta qiymət hesablanıb. Eyni zamanda yeni və köhnə tikililər arasında qiymət fərqləri müəyyən edilib.

Beləliklə,

Nizami rayonunda yeni tikililərdə qiymət 2 780–3 025 manat, köhnə tikililərdə qiymət 2 533–2 610 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 633 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 9–15 % intervalındadır.

Xətai rayonunda yeni tikililərdə qiymət 2 020–3 408 manat, köhnə tikililərdə qiymət 1 806–3 050 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 467 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–19 % intervalındadır.

Yasamal rayonunda yeni tikililərdə qiymət 2 205–3 985 manat, köhnə tikililərdə qiymət 1 940–3 182 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 822 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 5–24 % intervalındadır.

Nərimanov rayonunda yeni tikililərdə qiymət 2 517–3 980 manat, köhnə tikililərdə qiymət 2 312–3 250 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 006 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3,4–16,5 % intervalındadır.

Nəsimi rayonunda yeni tikililərdə qiymət 2 375–4 115 manat, köhnə tikililərdə qiymət 2 014–3 742 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 126 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3–45 % intervalındadır.

Binəqədi rayonunda yeni tikililərdə qiymət 2 583–2 941 manat, köhnə tikililərdə qiymət 1 536–2 710 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 563 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–42 % intervalındadır.

Suraxanı rayonunda yeni tikililərdə qiymət 1 752–2 230 manat, köhnə tikililərdə qiymət 1 420–1 995 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 836 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 10–23 % intervalındadır.

Xəzər rayonunda yeni tikililərdə qiymət 1 930–2 195 manat, köhnə tikililərdə qiymət 1 635–1 845 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 913 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 14–24 % intervalındadır.

Sabunçu rayonunda yeni tikililərdə qiymət 2 120–2 562 manat, köhnə tikililərdə qiymət 1 875–2 239 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 226 manat təşkil edir. Yeni və köhnə tikililər arasında qiymət fərqi 10–17 % intervalındadır.


SON XƏBƏRLƏR

25 Aprel 2025