• Bakı 17° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir nəfər tutulub

HADİSƏ

26 Aprel 2025 | 12:22

Qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir nəfər tutulub

Şərur rayonunun Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın aprelin 22-də öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, Şərur Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü, qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.  

F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.                                                                                                  

A.Əsgərova və F.Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

25 Aprel 2025