• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Bakıda top mərmisi tapıldı - FOTO

HADİSƏ

26 May 2025 | 11:01

Bakıda top mərmisi tapıldı - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri Nəsimi rayonu Port Baku ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

    Qeyd olunub ki, ANAMA, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-40-cı illərdə istehsal olunan 1 ədəd 76 mm-lik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.

    Aşkar edilən top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkar edilməyib.


    SON XƏBƏRLƏR

    28 May 2025