• Bakı 19° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Liseylərlə bağlı narazılıq yaradan qadağa aradan qaldırıldı

CƏMİYYƏT

29 May 2025 | 09:27

Liseylərlə bağlı narazılıq yaradan qadağa aradan qaldırıldı

Məlum olduğu kimi, 2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyaların 7-ci siniflərinə qəbul prosesinə start verilir.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil İnstitutu məsələ ilə bağlı növbəti açıqlama yayıb.

“Şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarını və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarını nəzərə alaraq bildiririk ki, 2025-2026-cı tədris ilində istisna olaraq V, VI və VIII siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək. Belə ki, mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanında IV, V və VII sinifdə təhsil alan (yəni 2025-2026-cı tədris ilində V, VI və VIII sinfə keçəcək) şagirdlərin də iştirakı təmin ediləcək”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR